Ana SəhifəGündəm2020-ci ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edildi

2020-ci ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edildi

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.Müzakirələrdən sonra dövlət büdcəsi birinci oxunuşda qəbul edilib.

Azərbaycanın 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 134,5 milyon manat, xərcləri isə 26 milyard 913,7 milyon manat proqnozlaşdırılır.

Qeyd edək ki, parlamentin üç gün davam edən iclasının gündəliyinə 2020-ci il üçün yaşayış minimumu haqqında”, “2020-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci il üçün dövlət büdcəsi haqqında” qanun layihələri, Milli Məclisin və Hesablama Palatasının növbəti il üçün xərclər smetaları və digər məsələlər daxildir. Ümumilikdə iclasda 11 məsələ müzakirəyə çıxarılıb.

RELATED ARTICLES

CAVABLA

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments