Hüquqşünas QHT sədri seçilib
Tanınmış ictimai fəal, hüquqşünas Könül Quliyeva QHT sədri seçilib. Bu barədə məlumatı Aktor.Az-a Könül Quliyeva verib.
K.Quliyeva “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyinin oktyabr ayında keçirilən Ümumi Yığıncağında sədr seçilib. K.Quliyevanın sədrliyi 06 noyabr 2019-cu il tarixdə Ədliyyə Nazirliyi tərəfindən rəsmiləşdirilib.
Qeyd edək ki, K.Quliyeva “Müvəkkil” Hüquq Mərkəzinin sədr müavini olmaqla bərabər Qadın və Uşaq Hüquqları Departamentinə rəhbərlik edir. O, “Uşaqların Gələcəyi Naminə” İB-ə rəhbərlik etməklə bərabər “Müvəkkil” Hüquq Mərkəzində də fəaliyyətini davam etdirəcək.