Bayraq mənliyimdir, kimliyimdir, qədim soyumdur – Orxan Əlixanlı
Dövlətlər qurub, dövlətlər yıxan, hədəfi qızıl alma olan tarixi ulu türk dövlətlərinə salam olsun…
Bir xalqın bayrağı onun qədim tarixini, etimalogiyasını, mədəniyyətini, həyat tərzini spesifik formada əks etdirir. Dünya xalqlarının bayraqlarının üzərindəki rəsmlərə diqqət yetirsək hər hansı bitki, heyvan, astronomik subyektləri və s totemləri görə bilərik. Bəs bu bənzətmələr və istinadlar nəyi əks etdirir?
Qədim dövrlərdə, çox tanrıçılıqdan bu günə kimi istər təbiət hadisələri qarşısında olan acizlik, istərsə də insanlıq yaranandan bəri özünü nəyəsə bənzədib, istinad etmək kimi pisxoloji addımların nəticəsidir ki, müəyyən simvollar bayraqlarda əks olunur. Xalqın etnopsixologiyasını bilməkdə ilk növbədə bayraq, gerb və s. atributlar böyük önəm daşıyır. Bu gün tarixi üç rəngli bayrağımız üzərində olan aypara və səkkiz guşəli ulduz, nəyin simgəsidir? Ümumillikdə tarixə fikir versək türk dövlətlərinin bayraqlarında hər zaman qurd, şir, qartal, günəş, ox, aypara, ulduz və s. kimi simgələrə rast gəlinib. Bu simvollar türklərin həyat tərzini, inanclarını aydın şəkildə əks etdirir. Bayrağımızda olan aypara “Qızıl orda”, “Qəznəvilər”, “Osmanlı” kimi qədim türk dövlət və imperiyalarının bayraqlarında da rast gəlmək mümkündür.
(Qəznəvilər dövlətinin bayrağı:963-1186)
(Qızıl Orda dövlətinin bayrağı:1240-1502)
(Osmanlı dövlətinin bayrağı:1299-1923)
Bəzi mənblərə görə “Aypara” günəşin qarşısını tutan bir simvoldu ki, özlərini günəşə bənzədənlərin qarşısında dünya mövcud olandan taki sona kimi bu xalq hər zaman mübarizə dolu həyata yaşayıb, yaşayacaqdır mənasını əks etdirir. Bəzi mənbələrə görə “Aypara” qədim Şumerlərdən gələn nişanədir ki, ay tanrısını təsvir edir. Hətta Bizans imperiyasının paytaxtı Konstantinopol-un (İstanbul) simvolu da Aypara olmuşdur. Amma zaman zaman islamiyyət simvoluna çevrilən ayparanı bu gün bir çox islam ölkələrinin bayraqlarında görə bilərik. Məhz orta əsrlərdə islam dövlətlərinin özlərinə seçdiyi aypara simvolu səlibçilərin qarşısında bir dirəniş, mübarizə hətta qələbə rəmzi kimi formalaşmışdı.
(Konstantinopolun bayrağı)
Səkkiz guşəli ulduz forması 1918-ci ildə əsası qoyulan Azərbaycan Xalq Cumhuriyyətinin 8 prinsipi (türkçülük, islamçılıq, çağdaşlıq, dövlətçilik, demokratiklik, bərabərlik, azərbaycançılıq və mədəniyyətlilikdir) əks etdirir. Mifik olaraq onu demək olar ki, türk hökmdarı Oğuz xaqanın möhüründə səkkiz guşəyə rast gəlinir. Həmçinin “cənnətin səkkiz qapısı”, “səkkiz etnik soy” mənasını bildirir.
Niyə məhz üç rəngli bayraq? Niyə məhz bu üç rəng? və Niyə XX əsrin əvvəli ?
XX əsrin əvvəli artıq Çar höküməti zəifləmişdi. Əsarətdə olan xalqlarda milli oyanış hərakatlarının qığılcımları yaranmışdı ki, həmin dövrdə Azərbaycan cəmiyyətində, mədəniyyətində, mətbuatında, ictimai-siyasi həyatında oyanışları artıq görmək mümkündür. Bu da təsadüfü hal deyildi ki, qonşu böyük Osmanlı imperiyasında da müasirləşmək adlı bir çox hərəkatlar yaranmışdı ki, belə bir hal öz növbəsində Azərbaycan ərazisinə təsirsiz ötüşməmişdir. Bir çox qəzetlər mətbu orqanlar yaradılmışdır ki, ö dövrün böyük mütəffəkkirləri istər məqalələr ilə istərsə də yeni ideoloji, idarəetmə modeli əsasında oyanış hərəkatı başlatmışdılar. Üç rəngli bayrağın əsası da məhz bu dövrə təsadüf edir. İnkişaf, oyanış modeli üç böyük ünsürdən ibarətdir ki, bunlara 1) Türkçülüyə bağlılıq 2) İslami dəyərlərə bağlılıq 3) Həmçinin əsasda ilk iki ünsürlə birgə müasirləşmə, demokratikləşmə modelidir ki, bu model həmin dövrdə heç bir müsəlman və türk geosiyasi mühitində olmamışdır. Belə bir model əsasında 28 may 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cumhuriyyəti, onun idaretməsi və həmin o üç rəngli bayraq formalaşdı. 1915-ci il “Açıq söz” qəzetinin ilk sayında M.Ə.Rəsulzadənin “Tutacağımız yol” adlı məqaləsində bu model haqda geniş yer verilmişdir. Lakin 1920-c il 28 aprel tarixində bolşevik qüvvələrinin Bakını işğal etməsindən sonra bayraq dəyişilsə də, Ümumilli lider Heydər Əliyevin rəhbərliyi il 1990-cu il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə üçrəngli bayraq Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilməklə yenidən ilk hüquqi status verilmiş oldu. Bundan sonra Azərbaycan Respublikası Ali Soveti, Naxçıvan Ali məclisinin vəsadəti əsasında 1991-ci 5 fevral tarixində Respublikanın bayrağını dəyişdirdi.
Azərbaycan ərazisində yaranmış türk dövlətlərinin hər birinin özünə məxsus bayraqları olub sadəcə bu günki üç rəngli bayrağımız kimi mənaları dərin, tariximizi və Azərbaycançılıq ideologiyasını özündə əks etdirən bir bayraq olmamışdır. Himnimizin sözlərində deyildiyi kimi “hüququndan keçən əsgər, hərə bir qəhrəman oldu.” Bəli bir insanın ən birinci və vacib hüququ yaşamaq hüququdursa üç rəngli bayrağımızın daim dalğalanması üçün yaşamaq hüququndan keçənlərin, hər zaman dövləti və milli maraqları öz maraqlarında artıq tutanların, Azərbaycan həqiqətlərini dünyaya yayan qəhrəmanların sayəsində bu gün də üç rəngli bayrağımız beynəlxalq qurumlarda,ən nüfuzlu təşkilatlarda dalğalanır.Ən mötəbər idman yarışlarında idmançılarımızın şərəfinə qaldırılır.Ən nəhayət bu gün mənim bayrağım vətən şəhidlərinə bükülüb son mənzilə yola salınır.Bir-biri ilə uzlaşmayan bu üç anın hər biri ilə mən fəxr edirəm. Şəhidlərimizin narahat ruhu bu gün vətən göylərində sərgərdan dolaşır.İnanıram ki,dövlətimizin gücü, xalqımızın birliyi ali baş komandan Cənab İlham Əliyevin rəhbərliyi sayəsində bizim üçrəngli bayrağımız tezliklə işğal olunmuş ərazilərimizdə ucalacaqdır. Məhz o zaman şəhidlərimizin narahat ruhu əbədi rahatlıq tapacaqdır. Çünki tarixin bütün dövrlərində qəhrəmanlıq salnaməsi yazan xalqımız bu ədalətsizliyə öz gücü ilə son qoyacaqdır. Gəlin dövlətçiliyimizi möhkəmləndirmək, torpaqlarımızın bütövlüyü naminə əsl vətəndaş həmrəyliyi nümayiş etdirib qürurla söyləyək.
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!!
Orxan Əlixanlı