Bakıda iki qadın birləşib kişini döydü
Bakının Binəqədi rayonunda döyülmə hadisəi qeydə alınıb.
“Yeni Sabah” bildirir ki, bununla bağlı hüquq-mühafizə orqanlarından məlumat verilib.
Belə ki, hadisə oktyabrın 28-də saat 19:00 radələrində S.S.Axundov küçəsi, ev 11/35-in qarşısında Aidə və Jalə adlı şəxslər xuliqanlıq zəminində Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü Sədrəddin Əkbər oğlu Əkbərovu döyüb.
S.Əkbərov noyabrın 6-da Binqədəri Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə şikayət edib. /Oxu.az