ManşetSiyasətXəbər xətti

“İlqar Məmmədov ReAl-ı Kommunist Partiyasına çevirəcək”-Azər Qasımlı

“ReAl-ın iki hissəyə bölünməsini istəmirdim. Əksinə bu prosesin qarşısını almaq istədim. Ancaq alınmadı və ona görə də istefa vermək qərarına gəldim”.Bunu ReAl Partiyası Məclisinin sədri Azər Qasımlı istefası ilə bağlı keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, artıq  ReAL-da avtoritar rejim qurulub və kollektiv qərarvermə ciddi zədələnib. “Baxmayaraq ki, İlqar Məmmədov həbsdən çıxdıqdan sonra yerli təşkilatlar onun tabeliyində olub. Anaq təəssüflər olsun ki, İlqar Məmmədov bir il sonra yerli təşkilatlar çox zəif olduğunu dilə gətirdi. Mən bunu qəbul etmirəm. Zəifdir deməsini doğru saymıram. Bir il ərzində güclü etmək imkanı var idi. Lakin İlqar Məmmədov bunu etmədi. Ona görə də  partiyda belə bir vəziyyət yarandığından, partiyada qala bilmərəm. Mən özümü bu partiyada, strukturda görmürəm və getmək qərarına gəlmişəm. Mən ReAl ailəsindən yox, İlqar Məmmədovun partiyasından gedirəm. Hesab edirəm ki, adamın partiyası yox, partiyanın adamı olmalıdı. Siyasətdən getmirəm, mövqeyimi dəyişməmişəm”.

A.Qasımlı əlavə edib ki, partiyada idarəetmədə kollektiv qərar vermək son 6 ayda daha da zəifləyib: “İlqar Məmmədov bizim qurduğumuz yerli təşkilatları dağıdıb, məhv etmək istəyir. O, İdarə Heyətinin son iclasında dəyişiklik və islahat etmək lazım olduğunu dedi. İlqar Məmmədovun təklifləri ReAl-ı Kommunist Partiyasına çevirəcək, təkhakimiyyətlilik yaradacaq. Hətta 90-cı illərdə yaranmış partiyalarda belə biabırçı vəziyyət yoxdur. İlqar Məmmədovun təklif etdiyi əcaib və avtoritar bir strukturdur. Belə olan vəziyyətdə  mən bu partiyada qala bilmərəm”.

Gələcək siyasi fəaliyyətinə gəldikdə isə A.Qasımlı deyib ki, siyasi mövqeyimi dəyişməmişəm və indiki mərhələdə partiya yaratmaq kimi bir fikrim yoxdur.

Qeyd edək ki, A. Qasımlı ReAl Partiyası Məclisinin başqanı idi. (Ölkə.az)

Bir cavab yazın