TƏCİLİ:Azərbaycanın rayonlarında güclü zəlzələ-Bakıda da təkanlar olub
Azərbaycanda zəlzələ olub.Hadisə ölkənin bir çox hissələrində baş verib. Əsasən, Ağsu, Şamaxı, İsmayıllı, İmişli, Mingəçevir, Saatlı, Sabirabad və digər rayonlarında hiss olunub.
Zəlzələ 23:50 radələrində baş verib. Yeraltı təkan iki dəfə hiss olunub.
Hazırda sosial şəbəkələrdə təkanların baş verdiyi ərazilərin sakinləri təşviş içində bu məsələni müzakirə edirlər.
Bu arada Bakıda da zəlzələnin hiss edildiyi deyilir.