ManşetMediaXəbər xətti

AZTV ilə İTV arasında skandal: “Əgər reytinq yığmaq…”

İctimai Televiziyada (İTV) yayımlanan yeni 3D layihəsi olan “Dadaş Dadaşlinski” Azərbaycan Dövlət Televiziyasının (AZTV) xəbərlərindəki qrafik fonda olan yer kürəsinin əks istiqamətdə fırlandığını bildirib. 

AZTV -dən buna cavab isə sərt gəlib. Televiziyanın mətbuat xidmətinin rəhbəri Mübariz Aslanov şəxsi sosial şəbəkə hesabında buna münasibət bildirib.

“Hörmətli Dadaş Dadaşlinskinin sonda AzTV ilə bağlı dediklərinə cavab olaraq bir neçə kəlmə: həmkarlarımıza hörmət edirik və yaradıcılıq fəaliyyətində uğurlar arzulayırıq. Amma ünvanımıza deyilən hər sözün məntiqli və əsaslı olması bizim üçün şərtdir. 3D verilişini hazırlayan həmkarlarımızın diqqətinə çatdırmaq istərdik ki, AzTV-nin xəbərlərində qrafik fon olaraq dövr edən yer kürəsi düzgün istiqamətdə hərəkət edir. Narahatçılığa əsas yoxdur. Yox əgər verilişin müəllifləri yeni coğrafi kəşflə reytinq yığmaq və yadda qalmaq istəyirlərsə yaxşı olardı ki, ünvan baxımından Kolumbun səhvini təkrarlamasınlar”. (Correct.az)