1000-ə yaxın gəncin iştirakı ilə veloyürüş baş tutub – FOTOLAR
28 oktyabr 2019-cu il tarixində Şəmkir rayonunda Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Velosiped Federasiyası və Şəmkir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Sağlam Gənclik” veloyürüşü keçirilib.
Aktor.Az xəbər verir ki, Şəmkir rayonu Gənclərin İnkişaf və Karyera Mərkəzinin qarşısından start verilən yürüşdə velosipedçilər 10 km məsafə qət ediblər.
Daha sonra ərazidə velosiped dayanacaqları quraşdırılıb. Şəmkir rayon Gənclərin İnkişaf və Karyera Mərkəzində yeni yaradılan veloklubda texniki ləvazimatlar və velosipedlər gənclərin ixtiyarına verilib.
Layihənin keçirilməsində əsas məqsəd gənclərin sağlam həyat tərzinə cəlb olunmasını təmin etmək, ekoloji sağlam həyatın inkişafına dəstək verməkdir.