FotoTəhsilXəbər xətti

AzTU Nabranda konfrans keçirdi – FOTOLAR

Azərbaycan Texniki Universitetinin (AzTU) tələbə və müəllimlərindən ibarət heyət oktyabrın 27-də  Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Nabrandakı “Təhsil-İstirahət Mərkəzi”ndə “Milli-mənəvi dəyərlərimizin təbliği” mövzusunda keçirilən konfransda iştirak edib. Tədbir AzTU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə baş tutub.Bu barədə Aktor.Az-a Universitetdən verilən məlumatda deyilir.

Konfransda çıxış edən AzTU-nun rektoru, professor Vilayət Vəliyev xalqımızın  zəngin və qədim milli-mənəvi dəyərlər sisteminə malik olmasından, bu dəyərləri  əsrlərlə sədaqətlə qorumasından danışıb,  milli dövlətçiliyimizin möhkəmləndirilməsindəki xüsusi roluna diqqəti cəlb edib. Rəhbərlik etdiyi ali təhsil ocağında aparılan islahatlara toxunan rektor çıxışında müəllim-tələbə münasibətlərinin sağlam, milli dəyərlərimiz zəminində qurulmasının vacibliyinə diqqəti cəlb edib  və AzTU-nu regionun aparıcı universitetinə çevirəcək strateji inkişaf konsepsiyasına geniş yer ayırıb.

Daha sonra rektorun çıxışı ətrafında diskussiya aparılıb. İştirakçılar universiteti, müəllim-tələbə münasibətlərini necə görmək istədikləri barədə fikir və baxışlarını açıqlayıblar, rektora tədris, elmi inkişaf, onları narahat edən məsələlər və s. ilə bağlı suallar ünvanlayıblar.  Tələbələr rektorun istirahət gününü onlarla keçirməsindən məmnun qalıblar.

Konfrans başa çatdıqdan sonra tələbələr arasında intellektual oyunlar, idman (futbol, basketbol və voleybol) yarışları keçirilib. Bakalavrlar, magistrlər, universitetin gənc müəllimləri, əcnəbi tələbələr, Bakı Texniki Kolleci və Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin tələbələri yarışlarda fəal iştirak ediblər.

Yarışlarda fərqlənənlərə sertifikatlar təqdim edilib.

 

 

 

 

 

Bir cavab yazın