KriminalXəbər xətti

Salyanda maşın aşdı, sürücü öldü

Salyan rayonunun Xələc kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, oktyabrın 26-da saat 14 radələrində Salyan rayonunun Xələc kəndi ərazisində Biləsuvar rayon sakini Ağamşah Fətullayev idarə etdiyi “VAZ-2107” markalı avtomobili aşırıb. Nəticədə xəstəxanaya yerləşdirilmiş sürücü orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.