Heydər Əliyevə qarşı haqsızlıqla mübarizədə həm də Hidayət Qulamovun rolu – FOTOLAR
1992-ci il oktyabrın 16-da Azərbaycanın bir qrup ziyalısı Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyevə müraciət etdi. Ziyalılar Ulu Öndərdən Yeni Azərbaycan Partiyasının yaradılması ideyasına münasibət bildirməyi və bu partiyaya rəhbərlik etməyi xahiş etdi.
Məlumdur ki, o dövr çox çətin bir dövr idi.Yəni Sovet İttifaqı dağılmışdı, bir quruluşdan başqa bir quruluşa keçid idi, ictimai-siyasi münasibətlər tamamilə dəyişmişdi və iqtisadi münasibətlər yeni sferaya keçmişdi. Lakin bununla yanaşı müstəqillik əldə edən ölkələr içərisində ən acınacaqlı müstəqillik Azərbaycana nəsib olmuşdu. Bununla əlaqədar iki səbəb var idi, biri torpaqlarımızın ermənilər tərəfindən işğal olunması, müharibənin başlaması, o cümlədən Azərbaycanın Ermənistanla sərhəd rayonlarında ermənilərin ərazilərimizə hücumları, ikinci məsələ isə ölkədə rəhbərliyinin idarəçilikdə buraxdığı səhvlər idi. Bu baxımdan da insanlar fikirləşirdilər ki, bu vəziyyətdən bizi ancaq Ümummilli Lider Heydər Əliyev xilas edə bilər. Nəticədə bir çox ziyalılar Ulu Öndərə müraciət etdilər.
1992-ci ilin aprel-may aylarında “yaş senzi” ilə bağlı mitinqlər keçirildi. Beləcə, Heydər Əliyevin prezidentliyə namizədliyini 300-dən artıq müəsssisə, təşkilat irəli sürmüşdü. Təzyiqlərə, təqiblərə baxmayaraq Azərbaycan müxtəlif bölgələrindən, yerlərdindən insanlar bu namizədliyi irəli sürməkdən çəkinmirdilər. Bu vəziyyəti görən həmin dövrdəki iqtidar 121-ci maddənin 2-ci bəndini tətbiq etdi. Həmin maddədə bildirilirdi ki, 65 yaşından yuxarı insanlar prezident seçilə bilməzlər. Beləcə Heydər Əliyevi sevən, onu Azərbaycanın xilaskarı hesab edən insanlar “yaş senzi” ilə bağlı Ali Sovetin qarşısında 21 gün mitinq keçirdilər. Həmin mitinqdə tələb edilirdi ki, anti-demokratik maddə çıxarılsın və Ümummilli Liderin namizədliyi qeydə alınsın.
Etibarlı mənbədən aldığımız məlumata görə II çağırış Milli Məclisin deputatı mərhum Hidayət Qulamov Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Ağsu rayon təşkilatının sədri olsa da o, Heydər Əliyevin hakimiyyətə gəlməsi üçün “Qanunsuz yaş senzi ləğv edilsin” şüarı ilə çoxsaylı mitinqlər təşkil edib.Həmin dövrdə Hidayət Qulamovun hazırladığı mitinqləri odlu silahlarla dağıtmaq istəsələr də, mərhum millət vəkili buna imkan verməyib, Ulu Öndərə dəstək olub. Verilən digər məlumata görə, bunun üçün ona qarşı 30 sutkalıq həbs qərarı verilib.Bilidirilir ki, millət vəkili həmin dövrdə ABŞ İnsan hüquqları tərəfindən represiya qurbanları siyahısına düşmüşdür.
2000-2005-ci illərdə Azərbaycan respublikasi ll çağırış Milli Məclisin deputatı olmuş Hidayət Həmid oğlu Qulamov 8 may 1950-ci ildə Ağsunun Kəndoba kəndində anadan olub.
1980-cı ildə Azərbaycan Dövlət Universitetinin (ADU) Hüquq fakultəsini bitirib.1985-94-cü illərdə Ağsu rayon VAAQ şöbəsinin müdürü vəzifəsində çalışıb.1994-99-cu illərdə Kəndoba kəndində kolxoz sədri kimi fəaliyyət göstərib.O, həmçinin Əmlak Komitəsinin Ucar rayon şöbəsinin müdür müavini olub.
2017-ci il noyabr ayının 30-da vəfat etmiş sabiq millət vəkilinin 3 övladı var.