Xəbər xətti

Tofiq Yaqublunun qızı atasının işgəncələrə məruz qaldığını deyir

Tofiq Yaqublu ağır işgəncələrə məruz qalıb.Bu haqda məlumatı Tofiq Yaqublunun qızı Nigar Həzi öz facebook səhifəsində yayıb.

Məlumatda bildirilir ki, Tofiq Yaqublu bu gün ailəsilə əlaqə saxlayıb, şiddətli işgəncələrə məruz qaldığını, qabırğasının sındırıldığını deyib.

N.Həzi atasının xəstəxanaya aparıldığını, ancaq bu barədə heç bir məlumat verilmədyini bildirir.

Xatırladaq ki, Tofiq Yaqublu Milli Şuranın keçirmək istədiyi 19 oktyabr mitinqində saxlanılaraq 30 gün müddətinə həbs edilib.

Qeyd edək ki, Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) 19 oktyabr mitinqində saxlanılması barədə məlumat yayıb. Açıqlamada Əli Kərimlinin necə xəsarət alması barədə də məlumat verilib:

O, barəsində müvafiq sənədləşmə aparılması üçün avtobusa əyləşdirilərkən polis əməkdaşlarına müqavimət göstərib və nəticədə alın nahiyəsi avtomobilin dəmir barmaqlığına dəyərək yüngül xəsarət alıb. Əli Kərimli Daxili İşlər Nazirliyinin Hospitalına aparılıb, orada ona tibbi yardım göstərilib və izahatı alındıqdan sonra buraxılıb.

DİN-in Arif Heydərov adına Respublika Hospitalının rəisi İsbi Babaxanov bildirib ki, Əli Kərimli hospitalda bütün müayinələrdən keçdikdən sonra evə buraxılıb.

İ.Babaxanovun sözlərinə görə, müayinədən sonra partiya sədrində heç bir problem aşkarlanmayıb və bu barədə onun özü də məlumatlandırılıb.

Bir cavab yazın