Putin Ərdoğanla görüşdə əsəbiləşdi – VİDEO
Dünən Rusiyanın Soçi şəhərində bir araya gələn Türkiyə və Rusiya prezidentlərinin görüşündə baş verən hadisə marağa səbəb olub.
Aktor.Az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin görüşdən sonra ortaq mətbuat konfransında müəyyən məsələlərə toxunublar.Lakin bu vaxt müəyyən problemlər yaşanıb. Belə ki, Rusiya prezidenti çıxışına başlasa da, onun sözləri türk dilinə sinxron tərcümə olunmayıb. Məsələyə bir qədər əsəbi reaksiya verən Putin zaldakı tərcüməçilərdən birinin xidmətindən istifadə etməyi uyğun bilib və məruzəsinə davam edib.Bu hal zaldakı ların da diqqətini çəkib.
Həmin anı təqdim edirik: