Xəbər xətti

Bakı-Dubay təyyarəsi təcili qəza enişi etdi

Bu gün Bakı-Dubay reysilə uçan “Fly Dubai” aviaşirkətinə məxsus sərnişin təyyarəsi qəza səbəbindən İranın Şiraz şəhərinə məcburi eniş edib.

Yerli hava limanının rəisi KİV-ə bildirib ki, ekipaj təyyarənin bortunda tüstüləmə gördükdən sonra enmək üçün icazə istəyib. İcazə verilib.

124 sərnişin və 6 ekipaj üzvü təxliyə edilib. Təcili yardım və yanğınsöndürən maşınlar təyyarəyə yaxınlaşıb.

Aviaşirkətin texniki mütəxəssisləri Şiraza yola düşüblər. Sərnişinlər başqa təyyarə ilə göndəriləcək, İran KİV-i bildirib.

Zərərçəkənlər və tüstülənmənin səbəbləri açıqlanmır.