Ana SəhifəFoto“QİÇS-ə birlikdə qalib gələk” adlı tədbir keçirilib - FOTOLAR

“QİÇS-ə birlikdə qalib gələk” adlı tədbir keçirilib – FOTOLAR

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Sağlamlığın Qorunması” İctimai Birliyi “QİÇS-ə birlikdə qalib gələk” adlı tədbir həyata  keçirib.

Qazanılmış İmmun Çatışmazlığı Sindromu – İİV (İnsanda İmmunçatışmazlığı Virusu) infeksiyası fonunda inkişaf edən və CD4+ limfositlərinin (leykosit növü) azalması ilə xarakterizə olunan, mahiyyəti etibarilə İİV infeksiyasının son mərhələsidir. QİÇS xəstəliyi zamanında aşkarlanmasa və müayinə olunmasa sonda ölümlə nəticələnir. İnsanlar arasında ölüm riskinin azaldılması üçün maariflənməyə böyük ehtiyac var. Bir çox insan ya ictimai qınaqdan, yaxud da maddi imkansızlığını əsas gətirərək müayinədən keçmir. Halbuki ilkin diaqnoz xəstəliyin müalicəsi üçün mühüm rol oynayır.

Bununla əlaqədar olaraq QİÇS-in profilaktikası hər bir insanın şəxsi işi olmalıdır. Bunun üçün isə məlumatlılıq artmalı və insanlar öz sağlamlığının qeydinə qalmalıdır. Bu məqsədlə “Sağlamlığın Qorunması” İctimai Birliyi “QİÇS-ə birlikdə qalib gələk” devizi altında seminar həyata keçirib. Seminarın məqsədi gənclərin QİÇS-ə qarşı məlumatlılığını artırmaq və ilkin müayinənin həyat üçün əhəmiyyətini izah etməkdir. Tədbirdə QİÇS-lə bağlı gənclər daha çox məlumat əldə edib, onun səbəb olduğu xəstəliklərin fərqinə vararaq, QİÇS müayinəsindən keçirilib.

İnsanların sağlamlığı təkcə tibbi deyil, həmçinin sosial,  iqtisadi və ictimai problemdir. Bu mənada xüsusən gənclərin maariflənməsi daha vacibdir.

 

 

RELATED ARTICLES

CAVABLA

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments