FotoManşetSosialXəbər xətti

BNA-da aparıcı media qurumlarının rəhbərləri ilə görüş keçirilib – FOTOLAR/VİDEO

Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü və Mətbuat Şurasının təşkilatçılığı ilə aparıcı media qurumlarının rəhbərləri ilə görüş keçirilib. Aktor.Az xəbər verir, görüşün əhəmiyyətini qeyd edən  Bakı Nəqliyyat Agentliyi İdarə Heyətinin sədri Vüsal Kərimli medianın cəmiyyətdəki roluna toxunub. Bildirib ki, media qurumları, jurnalistlər şəhər nəqliyyatı ilə bağlı məsələlərə daim diqqətlə yanaşır. Bakı Nəqliyyat Agentliyi də öz növbəsində media ilə səmərəli və işgüzar əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlıdır.

Son vaxtlar Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhər nəqliyyat sistemində uğurla reallaşdırılan islahatlar barədə məlumat verən Vüsal Kərimli, bu prosesə media qurumlarının peşəkar dəstəyinin önəmini də qeyd edib.

 

 

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Bakı Nəqliyyat Agentliyi ilə jurnalistlər, media qurumları arasındakı görüşün keçirilməsinin son vaxtlar bu sahədə şəffaflığın bariz nümunəsi olduğunu bildirib. Əflatun Amaşov, bu tədbirlərin qarşılıqlı münasibətlərin sağlam zəmində qurulmasına şərait yaratdığını vurğulayaraq şəhər nəqliyyatında həyata keçirilən islahatların paytaxtımızın ümumi inkişafı baxımından mühüm rol oynadığını diqqətə çatdırıb.

Görüş çərçivəsində media qurumlarının rəhbərlərini maraqlandıran suallar cavablandırılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.