TəhsilXəbər xətti

Səbail rayonunun müəllimləri fəxri fərmanla təltif olunublar

Oktyabrın 4-də Səbail Rayon İcra Hakimiyyətində 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.

İcra hakimiyyətindən bildirilib ki, tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov müəllimləri bu əlamətdar gün münasibətilə təbrik edib. O bildirib ki, müstəqil Azərbaycanın bugünkü inkişaf səviyyəsinə çatmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olub. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasını Prezident İlham Əliyev uğurla davam etdirir. Ölkəmizdə elm və təhsilin inkişafı sahəsində mühüm addımlar atılıb. Eləcə də ölkə rəhbərliyinin diqqət və qayğısı nəticəsində Səbail rayonundakı bir çox ümumtəhsil məktəblərində əsaslı təmir və yenidənqurma işləri aparılıb, təhsil müəssisələrinin maddi-texniki bazası zənginləşdirilib.

Tədbirdə 160 nömrəli klassik gimnaziyanın direktoru Faina Ələkbərova, 132-134 saylı Təhsil Kompleksinin direktoru Sara Xanlarova, 239 nömrəli tam orta məktəbin direktoru Sədaqət Əzimova, 163 nömrəli tam orta məktəbin direktoru Sevil Cavadova və başqaları çıxış edərək Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən təhsilə göstərilən diqqət və qayğının nəticəsi olaraq son illərdə müəllim nüfuzunun, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, istedadlı insanların müəllim peşəsinə cəlb edilməsi istiqamətində ciddi addımlar atıldığını qeyd ediblər.

Sonda bir qrup təhsil işçisi Səbail Rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif edilib.

 

 

 

Bir cavab yazın