GündəmManşetSiyasətXəbər xətti

“Türk Şurası bu ölkələrin gəlişi ilə daha da güclənib” – Elməddin Behbud

“3 oktyabr 2009-cu il Türk dövlətlərinin inteqrasiyası istiqamətində baş verən mühim tarixi hadisəylə yadda qalıb. Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılan Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası bu günlərdə Özbəkistanın tamhüquqlu, Macarıstanın isə müşahidəçi statuslu üzvlüyü ilə daha da güclənib”.

Aktor.Az xəbər verir ki, bu açıqlama ilə Demokratik Azərbaycan Naminə İctimai Birliyin sədri Elməddin Behbud çıxış edib.

E.Behbud bildirib ki, Türk Dünyasının ən strateji ərazilərindən biri olan Naxçıvanda atılan bu tarixi addım türk dünyası tarixinə yüksək statuslu birliyin, çox önəmli siyasi platformanın əsasının qoyulması ilə başa çatdı: “Cənab Prezident İlham Əliyevin Türk Şurasının Turkic Council – Türk Konseyi – Түркі кеңесі – Türk Şurası – Түрк кеңеши V Sammitindəki nitqində söylədiyi fikir Naxçıvan Sazişiylə yaradılan bu birliyin milli köklərdən qaynaqlandığını və böyük hədəfləri olduğunu bir daha aydın şəkildə əks etdirir: “Bizim əsas birləşdirici amilimiz birliyimizdir, etnik köklərdir, ortaq tarixdir, mədəniyyətdir. Budur bu gün bizi birlikdə gücləndirən amillər. Əminəm ki, gələcək nəsillər də bu amallarla yaşayacaq və bizim birliyimiz daimi olacaqdır”.

Türkmənistanın, Quzey Kıprıs Türk Cümhuriyyətinin də tamhüquqlu üzv olduğu, potensialının realizəsi ilə dünyanın geosiyasi mənzərəsində dəyişiklik yarada biləcək gücə malik Türk Şurasının arzusunda olduğumuz böyük birliyi gerçəkləşdirəcəyinə inanıram”.