ManşetSiyasətXəbər xətti

Dövlət Miqrasiya Xidmətində Əfqan icmasının nümayəndələri ilə görüş keçirilib

Dövlət Miqrasiya Xidmətinin rəis müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayev Azərbaycanda məskunlaşmış və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyinin himayəsində olan Əfqan icmasının üzvlərini qəbul edib.Bu barədə Aktor.Az-a qurumdan verilən məlumatda deyilir.

Dövlət Miqrasiya Xidmətinin inzibati binasında keçirilən qəbulda Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı Nümayəndəliyinin səlahiyyətli əməkdaşları da iştirak ediblər.

Görüş zamanı BMT QAK-ın himayəsində olan şəxslərin müraciətləri dinlənilib, onların cəmiyyətə inteqrasiyası, məşğulluğunun təminatı və digər məsələlər müzakirə edilib, bu istiqamətdə görüləcək tədbirlər ətrafında fikir mübadiləsi aparılıb.

Bir cavab yazın