GündəmManşetSiyasətXəbər xətti

Prezident yeni icra başçı təyin edib

Prezident İlham Əliyev Ənvər Seyidəliyevin Ağsu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Ənvər Qasım oğlu Seyidəliyev Ağsu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.

Prezident İlham Əliyevin digər sərəncamı ilə Vahid Heydər oğlu Tağıyev Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.