Xəbər xətti

Tovuzda 12 yaşlı məktəbli transformatorda yandı

Tovuz rayonunda azyaşlı transformatorda yanıb.Trend-in məlumatına görə, hadisə rayonun Bozalqanlı kəndində baş verib.

Kənd sakini – 2007-ci il təvəllüdlü Əhmədov Kamil Telman oğlu oxuduğu Bozalqanlı kənd orta məktəbinin yaxınlığındakı transformatorun yerləşdiyi daş tikiliyə daxil olub və orada onu elektrik cərəyanı vurub.

Tovuz rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstəriləndən sonra o, Bakı şəhərindəki tibb müəssisələrindən birinə gətirilib. Məlum olub ki, K.Əhmədovun bədəninin 50 faizdən artığı yanıb.