Xəbər xətti

Vüsal Hüseynov “919 Çağrı Mərkəzi”nin açılışında

Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov əsaslı təmirdən sonra yeni “919 Çağrı Mərkəzi”nin açılışında iştirak edib.Bur barədə Aktor.Az-a qurumdan verilən məlumatda deyilir.

Xidmət rəisinə məlumat verilib ki, 2008-ci ildən fəaliyyət göstərən Çağrı Mərkəzində müasir standartlara cavab verən informasiya-kommunikasiya texnologiyaları tətbiq olunub. Çağrı Mərkəzinə gələn zənglər artıq yeni nəsil kompyuter proqramları vasitəsilə idarə edilir ki, bu da xidmət keyfiyyətinin daha da yüksəldilməsinə və operativliyə, o cümlədən vətəndaş məmnunluğunun təmin olunmasına müsbət təsir göstərir.

Vüsal Hüseynov zənglərin intensivliyi və müraciət zamanı orta gözləmə vaxtı ilə maraqlanıb. Gələcəkdə nəzərdə tutulan yeniliklərdən danışıb, əməkdaşlara uğurlar arzulayıb.

Qeyd edək ki, Dövlət Miqrasiya Xidmətinin “919 Çağrı Mərkəzi” cari ilin yanvar ayından həftənin bütün günləri 24 saat fasiləsiz olaraq fəaliyyət göstərir.

Bir cavab yazın