FotoManşetSiyasətSosialXəbər xətti

Azay Quliyev seçiciləri ilə görüşüb – FOTOLAR

Sentyabrın 23-də sakinləri narahat edən məsələnin yerindəcə araşdırılması məqsədilə deputat Azay Quliyev Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Elxan Abdullayevlə birlikdə həmin əraziyə gəlmiş və müvafiq baxış keçirmişlər.

Aktor.Az xəbər verir ki, icra başçısı və deputat ərazidə yaşayan sakinlərlə görüşüb, bir daha onların müraciətlərini dinləmişlər. Sakinlər binaların həyətlərində hər hansı bir obyektin və ya binanın tikilməsi üçün görülən hazırlıqdan ciddi narahat olduqlarını, bu hal baş verərsə onların istirahət hüququnun və sərbəst hərəkət imkanlarının ciddi şəkildə məhdudlaşacağını bildirdilər.Vətəndaşlar deputat və icra başçısından bu ərazidə qanunvericiliyin tələbləri çərçivəsində istirahət parkının salınmasını xahiş etdilər.

Deputat Azay Quliyev və icra başçısı Elxan Allahverdiyev sakinlərin qaldırdığı məsələlərin araşdırılacağını və onların xahişinin reallaşması üçün müfaviq addımların atılacağını qeyd etdilər.

 

Bir cavab yazın