İqtisadiyyatManşetSiyasətVideo xəbərXəbər xətti

Bəhruz Quliyev:“Missiyamız ölkəmizin iqtisadi və milli təhlükəsizliyini qorumaqdır” – VİDEO

Real TV Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin fəaliyyəti ilə bağlı geniş reportaj hazırlayıb.

Aktor.Az xəbər verir ki, təhlildə gömrük sistemində aparılan islahatların gömrük işinin səmərəli təşkili, beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsinə şəraitin yaradılması diqqət mərkəzində olub .Bundan başqa, yaradılmış mövcüd strukturun vətəndaş məmnunluğuna hesablanması, İdarədə elektron növbə sistemi yaradılması və hər bir xarici iqtisadi fəaliyyət iştirakçılarına tez bir zamanda yüklərini rəsmiləşdirmələrinə maksimum şəraitin yaradılması, habelə bu istiqamətdə işlərin mütəmadi olaraq davam etdirilməsi önə çəkilib.

İdxal-ixrac əməliyyatları zamanı yarana biləcək hər hansı problemin qısa zaman kəsiyində həll edilməsi də aparılan uğurlu işlərin tərkib hissəsi kimi göstərilib.

Qeyd edək ki, təhlilli filmdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Bəhruz Quliyev və idarənin digər əməkdaşlarının çıxışları yer alıb.