Şura Qəbələdə təlim keçirib – FOTO
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzində “Qeyri-Hökumət Təşkilatlarında mühasibat uçotu” mövzusunda təlim keçirilib.
Aktor.Az xəbər verir ki, tədbirdə Qəbələ, Oğuz, Şəki və İsmayıllı rayonlarında fəaliyyət göstərən QHT-lərin rəhbərləri və mühasibləri iştirak edib.
Təlimdə QHT-lərdə mühasibat uçotunun aparılması, layihə büdcəsinin idarə olunması, layihənin maliyyə hesabatlığı, onun SƏLİS vasitəsi ilə təqdimatı mövzularında təqdimatlar və qrup işləri həyata keçirilib.