FotoGündəmManşetSiyasətXəbər xətti

Azay Quliyev seçicilərini qəbul edib – FOTO

Bu gün Milli Məclisin deputatı Azay Quliyev Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının inzibati binasında seçicilərini qəbul edib.
Deputat seçicilərin məşğulluq, sosial, mənzil və əmlak məsələləri ilə əlaqədar müraciət və şikayətlərini dinləyib.Binəqədi rayonu A.Gəraybəyli küçəsi 41 ünvanının sakinləri yaşadıqları binanın qəzalı vəziyyəti ilə bağlı müraciətlərini çatdırıblar.

Binəqədi rayonu Ə.Naxçıvani küçəsinda sakinlər asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə parkın salınmasında köməklik göstərilməsini xahiş ediblər.
Görüşdə qaldırılan məsələlərin bəziləri yerindəcə həllini tapıb. Digər müraciətlərin həlli ilə bağlı isə müvafiq qərarlar qəbul olunub.
Qeyd edək ki, qəbulda Binəqədi rayon İcra Hakimiyyətinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri də iştirak edib.
Xatırladırıq ki, Azay Quliyevin rəsmi internet səhifəsində seçicilərin qəbulu üçün onlayn qeydiyyat sistemi (http://azayguliyev.az/qebul.php?cat=112&lang=az) fəaliyyət göstərir. 8 saylı Binəqədi birinci Seçki Dairəsinin seçiciləri elektron müraciət imkanından yararlanaraq deputatın qəbuluna yazıla bilərlər.