İranla-İraqda 7,4 bal gücündə zəlzələ – Azərbaycanda da təkanlar
İranla İraq arasında olan sərhəddə 7,4 bal gücündə zəlzələ baş verib.
Aktor.Az-ın məlumatına görə, zəlzələnin episentri İranın Sərpol Zəhab şəhərindən 32 km şimalda, İraqın Süleymaniyyə şəhərindən 100 km cənub-şərqdə yerləşib.
Zəlzələnin ocağı 10 km dərinlikdə olub.
Qeyd edək ki, zəlzələ Naxçıvan və Lənkəran ərazilərində də hiss olunub.