Aktor TvFotoGündəmManşetOqtay ŞəfioğluSağlıqSosialVideo xəbərXəbər xətti

“Qrija”sı olan xəstələrin əməliyyatı mütləqdirmi? – CAVAB/VİDEO

Peşəkar mütəxəssis, manualterapevt Oqtay Şəfioğlunun müalicə metodları ilə bağlı oxucularımızı tanış etməkdə davam edirik.

Tanınmış həkim bu dəfə Aktor.az-a “qrija” kimi tanıdığımız fəqərələr arası disk yırtıqlarının onurğa sütunu,qarın və boyun nahiyəsində yaranma səbəbi və bu problemdən çıxış yolları barədə danışıb.

O, bu mövzuda problemlərin öhdəsindən hansı üsullarla gəlmək haqqında söhbət açıb və öz iş üsulunu xüsusi sxemlərə uyğun əsaslandıraraq insan vücudunun funksiyaları barədə məlumat verib.

Qeyd edək ki, fəqərə arası disk yırtıqları (qrija)onurğa sütunu,qarın və boyunda yaranır.Onurğamızda qrijaların yarandığı bölgə boyun və bel bölgəsidir.Bu xəstəlik onurğadakı fəqərə arası diskin yüklənmədən ,əzilmədən, ağır işlərlə məşğul olmaqdan ve genetik,onurğa ətrafı, əzələlərin, bağların zəifliyi üzündən əmələ gələn problem zamanı yaranır.Bu zaman fəqərə arası disk şişərək və ya yırtılaraq içindəki maye sinirin üstünü əzərək güclü ağrılar yaradır.Bu xəstəlik zamanı əgər disk yırtılıb içindəki maye çölə axmağa başlamışsa əməliyyat mütləqdir,disk yuxarıda saydığımız əlamətlərdən dolayı sinirin üstünü sıxırsa manualterapiya müalicəsi ilə bu ağrını aradan qaldırmaq mümkündür.

 

Həşimov Oqtay Şəfi oğlu 1956-cı ildə Azərbaycanın Qax rayonunda doğulub.20 il İstanbulda yaşayıb,ömrünün 40 ilini manual terapiya sahəsinə həsr edib.

Azərbaycanda yaşadığı müddətdə Qax rayonunda böyrək xəstəlikləri üzrə pansionatda,Bakıda “8-ci km”də yerləşən köhnə 26-lar klinikasında fizioterapi üzrə,28 Mayda yerləşən köhnə Kirov adına xəstəxanada Qarabağ yaralıları ilə və.s. çalışıb.

Cudo üzrə 3-cü dan qara kəmər sahibi,idman sahəsi üzrə İdman Universitetində dərs demiş,peşəkar idmançıların yetişdirilməsində böyük rolu olmuşdur.

Türkiyədə yaşadığı müddətdə bilik və təcrübələrini vücudun biomexanik sistemi üzərinə yönəltmiş,işində daha da mükəmməlləşmiş, tanınmış mütəxəssis olaraq çalışmışdır.

Aydın Unversitetində Türkiyə iş adamlarının 55-60 yaş üzərində insanların yaşam tərzləri haqqında seminarlar verib ,Kazım Qarabəkir vəqfinin doğal sağlıq danışmanı,Kayseri problemli uşaqlar mərkəzinin yeriməyən,əlil doğulan uşaqlar üzərində böyük uğurlara imza atmış manual terapevti və.s. olaraq çalışmışdır.

İstanbulda sonradan “Yeni yaşam”adı altında şəxsi iş yerini qurmuş və uzun illər də orada çalışmışdır.Bakıya döndükdən sonra da bir neçə özəl klinikalarda xidmət göstərib.Hazırda Bakıda yeni yaratdığı “Yeni yaşam”pilates mərkəzinin rəhbəridir.

 

Həkimlə əlaqə:

077 554 14 79

050 318 69 03

 

Sosial şəbəkələrdə ünvan:

https://www.facebook.com/oktay.heshimov.75