Ramiz Zeynalov bu yola 100-dən artıq DYP əməkdaşını niyə düzüb?
Bakı-Sumqayıt yolundakı DYP-nin yaratdığı acınacaqlı vəziyyətlə bağlı həmin yoldan daima istifadə edən sürücülərdən biri Azinforum.az-a maraqlı faktlar açıqlayıb.
Hzəmin fikirləri təqdim edirik:
“Bakı-Sumqayıt yolunun DYP xəritəsi belədir. 20 yanvar dairəsindən “Şamaxınka” deyilən əraziyə nəzarəti Nəsimi Yol Polisi edir: 4 maşın, 8 əməkdaş. “Şamaxınka” deyilən ərazidən Xırdalan dairəsinə qədər nəzarəti Ekologiya postunun əməkdaşları edirlər: 2 kamera, 18 maşın, 1 post, 80 əməkdaş. Xırdalan dairəsindən, “VAZ”-ın dairəsi deyilən əraziyə Respublika DYP-in əməkdaşları nəzarət edir. 1 kamera, 4 maşın, 8 əməkdaş. Arada bu ərazidə Abşeron və Zəngilan DYP əməkdaşları da “ova” çıxırlar. “VAZ”-ın dairəsindən, Sumqayıtın girişinə qədər nəzarəti Saray postu edir. 3 kamera, 1 post, 18 maşın, əməkdaşların sayı məlum deyil. Bakı-Sumqayıt yolundakı vəziyyət budur. Bu gün bir gürcü qonağım var idi. Yoldakı polislərin belə çox olması onu təəccübləndirdi və dedi ki, onların şəhərlərində bu qədər DYP maşını yoxdu. Vəziyyəti analiz etmək ĺazımdır”.
Azinforum.az