“ASAN Xidmət”lə İSESKO arasında – Anlaşma Memorandumu
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyətinin Mərakeş Krallığına səfəri davam edir.
Səfər çərçivəsində noyabrın 10-da Dövlət Agentliyinin sədri İnam Kərimov İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri ilə görüşüb.
Görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb.
Anlaşma Memorandumunun imzalanmasında məqsəd Dövlət Agentliyi və İSESKO arasında mövcud ikitərəfli əməkdaşlığı daha da gücləndirmək, İSESKO-ya üzv ölkələrdə dövlət xidmətlərinin göstərilməsi sahəsini daha da təkmilləşdirmək üçün “ASAN xidmət” modelinin tətbiqi üzrə əməkdaşlığı təşviq etdirməkdir.