Xaçmazda vergi islahatları mövzusunda maarifləndirmə tədbiri keçirilib – FOTOLAR
“Müvəkkil Hüquq Mərkəzi” İctimai Birliyi “Vergi islahatları ilə bağlı region sahibkarlarının maarifləndirilməsi” layihəsinin icrasını davam etdirir.
Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində növbəti maarifləndirmə tədbiri Xaçmaz rayonunda baş tutub.
Tədbirdə çıxış edən Müvəkkil Hüquq Mərkəzinin sədri və layihə rəhbəri Səməd Vəkilov bildirib ki, layihənin məqsədi sahibkarların vergi qanunvericiliyi sahəsində aparılan dəyişikliklərə bağlı maarifləndirilməsindən ibarətdir.
Səməd Vəkilov çıxışında qeyd edib ki, vergi islahatının həyata keçirilməsində əsas məqsəd sahibkarlığın dəstəklənməsi, vergidən yayınmanın və “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, Vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi və vergi güzəştlərinin səmərəliliyinin yüksəldilməsindən ibarətdir.
Layihə rəhbəri qanunvericiliklə sahibkarlara verilən yeni güzəştlərlə bağlı ətraflı məlumat verib. Tədbirin sonunda yerli sahibkarların sualları cavablandırılıb.Tədbir iştirakçılarına “Sahibkarın vergi bələdçisi” adlı buklet paylanılıb. Tədbirdə 25 sahibkar və müəssisə nümayəndəsi iştirakı edib.