Maliyyə hesabatlarında ciddi çatışmazlıqlar mövcuddur – Palata rəhbəri
Bu gün dövlət qurumlarının maliyyə hesabatlarında ciddi çatışmazlıqlar mövcuddur, bununla əlaqədar Hesablama Palatası dövlət şirkətləri və strukturlarının maliyyə hesabatlarının təhlilini keçirmək niyyətindədir.Trend-in məlumatına görə, bunu Palatanın sədri Vüqar Gülməmmədov deyib.
Onun sözlərinə görə, təkcə dövlət şirkətləri yox, həm də bəzi büdcə təşkilatları əsaslı maliyyə hesabatı təqdim etmir:
“Bu, hesabatlar barədə rəy verməyimizə mane olur. Hazırda bununla bağlı qanunvericilik tələbləri mövcud deyil. Ona görə də biz problemi aradan qaldırmaq üçün bu məsələ ilə sıx məşğul olmaq niyyətindəyik”.
V.Gülməmmədov əlavə edib ki, digər problem həmin təşkilatlarda daxili auditor xidmətlərinin qeyri-qənaətbəxş işidir.