Miqrasiya könüllüləri yeni layihəyə start verir
Gəncləri bir araya gətirmək, onları maraqlandıran məsələlərin həlli yollarını birlikdə araşdırmaq, fərdi inkişafına töhfə vermək və aktiv müzakirə mühiti yaratmaq məqsədilə Miqrasiya Könüllüləri “Gənclik İnkişaf Forumu” layihəsinə başlayır.Bu barədə Dövlət Miqrasiya Xidmətindən Aktor.Az-a verilən məlumatda deyilir.
Layihə çərçivəsində gənclərin sahələr üzrə peşəkar, təcrübəli şəxslərlə müzakirə formatında müxtəlif mövzularda görüşləri təşkil olunacaq. İştirakçılar müəyyən edilmiş mövzular ətrafında geniş müzakirələr aparmaq, təkliflər vermək, suallar ünvanlamaq, məlumatlar almaq imkanı qazanacaq, Forumun qonaqları ilə daha yaxından tanış olacaqlar.
Gənclik İnkişaf Forumunun ilk qonağı Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynovdur.
Mövzu: “Fərdi inkişaf strategiyaları”
Görüş 22 sentyabr, saat 10:30-da, Dövlət Miqrasiya xidmətinin inzibati binasında təşkil olunacaq.
Qeydiyyat üçün: https://docs.google.com/forms/d/e/1FAIpQLSdkH3ZAq-Sz19tWmgJl5PPWmeT2p3RO74uFJ7XkbyGT7nV7bQ/viewform?vc=0&c=0&w=1