ManşetSosialXəbər xətti

Dəmiryolu işçisi özünü asdı

“Azərbaycan Dəmir Yolları” QSC-nin işçisi intihar edib. Aktor.az “Report”a istinadən xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində baş verib.

 

“Azərbaycan Dəmir Yolları”nın Biləcəri Dəmir Yolu stansiyasında qatarların hərəkət tənzimləyicisi işləyən Xaçmaz rayonunun Qusarçay kənd sakini, 1970-ci il təvəllüdlü Sultanov İslam Ramazan oğlu intihar edib. O, gecə saatlarında özünü dəmir yolu stansiyasının anbarında asıb. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.