DünyaGündəmKinoManşetVideo xəbərXəbər xətti

Rustavi sakinləri “Forsaj 9” filmindən ciddi gəlir əldə ediblər – VİDEO

Gürcüstan paytaxt Tbilisidən sonra Rustavi şəhərinin Mesxişvili və Tordia küçələrində davam edən “Forsaj 9” filminin çəkilişləri zamanı şəhərdə yerləşən müxtəlif obyektlər işlərini müvəqqəti olaraq dayandırmaq məcburiyyətində qalıb.

24News.ge İnforustavi-yə istinadla məlumat verir ki, həmin obyektlərin sayı 220 olub. Obyekt sahibləri fəaliyyətlərini müvəqqəti olaraq dayandırdıqları üçün gündə 200 lari dəyərində məbləğ qazanırmış.

Filmin çəkilişləri zamanı ərazidə mövcud olan daha böyük 3 obyekt (supermarket və restoran) fəaliyyətlərini bir neçə günlük dayandırmaları üçün günlük olaraq 1500 lari ödənib, 20 orta səviyyəli obyektə isə bir gün üçün 800 lari ödənib.

Bu o deməkdir ki, Mesxişvili və Tordia küçələrində ticarət obyektləri işlədən vətəndaşlar filmin çəkilişləri zamanı ümumilikdə 300 min lari gəlir əldə ediblər.

Bundan əlavə, filmin çəkilişləri üçün 70 nəfər Rustavi sakininin köməyinə ehtiyyac olub ki, onlar gün ərzində 70 lari məvacib alıblar. Bu isə ümumilikdə 25 000 lariyədək məbləğ deməkdir.

Qeyd edək ki, Hollywoodun məşhur filmlərindən olan “Forsaj9″un Gürcüstanda çəkiləcək olan 10 dəqiqəlik hissəsi üçün 32 milyon lari büdcə ayrılb. Hal-hazırda filmin çəkilişləri yenidən paytaxt Tbilisiyə qayıdıb.

Bir cavab yazın