GündəmManşetSiyasətXəbər xətti

Xidmət rəisi Vüsal Hüseynov qalib “Miqrasiya Könüllüləri” ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov ilk “DOST” mərkəzinin fəaliyyətə başlamasının 100 günlüyünə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə DOST kuboku turnirində fərqlənmiş Miqrasiya könüllüləri ilə görüşüb.Bu barədə Dövlət Miqrasiya Xidmətindən Aktor.Az-a verilən məlumatda deyilir.

Könüllülərdən ibarət komandaların yarışında 1-ci, 49 kollektiv arasında ümumi komanda hesabında isə 3-cü yerə çıxmış Miqrasiya Könüllülərini səmimi təbrik edən Xidmət rəisi bu uğuru gənclərin yüksək intellektual səviyyələrinin, aktiv və səmərəli ictimai fəaliyyətlərinin göstəricisi kimi dəyərləndirib. Sevindirici haldır ki, komanda üzvləri “Miqrasiya Könüllülüləri” İctimai Birliyinin aktiv üzvlərindən ibarətdir ki, bu da təşkilat ətrafında birləşən müasir ruhlu, kreativ gənclərin potensialının göstəricisidir.

DMX tərəfindən Miqrasiya könüllülərinə bundan sonra da diqqət və qayğı göstəriləcəyini vurğulayan Vüsal Hüseynov qalibləri bir daha təbrik edərək, onlara, həmçinin “Miqrasiya Könüllüləri” İctimai Birliyinin bütün üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Bir cavab yazın