Aktor TvAvtoKriminalVideo xəbərXəbər xətti

Gəncədə dəhşətli qəza: Ölüm anı telefonla çəkildi – VİDEO

Noyabrın 2-də Gəncədə baş verən və ölümlə nəticələnən ağır yol qəzasının görüntüləri yayılıb.

Azxeber.com-un məlumatına görə, qəza nəticəsində sürücü 1992-ci il təvəllüdlü Ələkbərov Kənan Orxan oğlu və sərnişin – 1994-cü il təvəllüdlü Nağıyev Nicat Nüsrət oğlu dünyasını dəyişib.

Məlumata görə, hərəkətdə olan avtomobilin qarşısına it çıxıb. İti vuran avtomobil idarəetməni itirərək yolun kənarına aşıb. Hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub. Meyitlər deformasiyaya uğrayan avtomobilin salonundan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.