SosialXəbər xətti

Abşeronda 3 otaqlı evdə yanğın: ölən var

Abşeron rayonunda yanğın baş verib.Aktor.Az-ın FHN-nin saytına istinadən verdiyi məlumata əsasən, rayonun Masazır qəsəbəsində ümumi sahəsi 65 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və dam örtüyü yanıb.

Yanğının kəşfiyyatı zamanı 1980-cı il təvəllüdlü Əliyev Əlivəndər Rasim oğlunun yanmış cəsədi aşkarlanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.