Wednesday, July 9, 2025
Ana SəhifəFotoMiqrasiya Könüllüləri sertifikatla təltif olunublar - FOTOLAR

Miqrasiya Könüllüləri sertifikatla təltif olunublar – FOTOLAR

Dövlət Miqrasiya Xidmətinin regional idarə və struktur bölmələrində təcrübə keçmiş 51 nəfər Miqrasiya könüllüsünə sertifikatların təqdim olunması mərasimi keçirilib.Bu barədə qurumdan Aktor.Az-a verilən məlumatda deyilir.

Mərasimdə Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinin rəis müavini, miqrasiya xidməti müşaviri, Könüllülərlə iş üzrə koordinator Elnur Kələntərov gənclərin inkişafına yönələn dövlət siyasətini xüsusi vurğulayaraq, bu sahədə respublikamızda görülən işlərdən bəhs edib. Təcrübə kursunu uğurla başa vurmuş gənclərə DMX-nin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynovun təbriklərini çatdırıb, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

1 ay müddətində DMX-nin müxtəlif struktur bölmələrində təcrübəli mütəxəssislərlə birbaşa çalışan, bu sahədə təcrübə toplayan könüllülər göstərilən etimada görə təşəkkürlərini bildiriblər.

Daha sonra könüllülərə sertifikatlar təqdim edilib və xatirə şəkli çəkilib. Miqrasiya könüllüləri üçün yaradılmış təcrübə proqramı davamlı olaraq təşkil edilir. Hazırda 13 nəfər Miqrasiya könüllüsü DMX-nin struktur bölmələrində təcrübə kurslarına cəlb olunub.

 

RELATED ARTICLES

CAVABLA

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments