FotoGündəmManşetTəhsilXəbər xətti

AzTU tələbələri Bayraq Gününü şəhid məzarı önündə – FOTO

Azərbaycan Texniki Universitetinin (AzTU) “Avtomatika və kompyuter texnikası” (AKT) fakültəsinin bir qrup tələbəsi 9 Noyabr Dövlət Bayrağı Günü fakültənin məzunu olmuş, şəhid Müşfiq Orucovun məzarını ziyarət ediblər. Unversitetin mətbuat xidmətinin rəhbəri Nicat Abdullayevin Aktor.Az-a verdiyi məlumata görə, şəhidin məzarı önündə AKT fakültəsinə yeni qəbul olmuş tələbələrə Müşfiq Orucovun universitetdə təhsil aldığı zaman vətənpərvərliyi, aktivliyi və nümunəvi əməlləri haqqında, eləcə də onun düşmənlə mübarizədə göstərdiyi qəhrəmanlığından danışılıb.

Daha sonra tələbələr Müşfiq Orucovun ailə üzvləri ilə görüşüblər. Görüş zamanı Şəhidin ailə üzvlərinə məlumat verilib ki, AKT fakültəsində Müşfiq Orucovun xatirə guşəsi yaradılıb. Bundan əlavə universitetə yeni daxil olmuş tələbələrə mütəmadi olaraq digər şəhidlərlə yanaşı Müşfiq haqqında da məlumat verilir, onun igidliyi gənclərə nümunə olaraq göstərilir.

Qeyd edək ki, Müşfiq Orucov ötən il Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olan 4 AzTU məzunundan biridir.