GündəmManşetMediaSiyasətXəbər xətti

“Bütün ümidlər ölüb” – Ekspert İTV-dən yazdı

Tanınmış media eksperti Ələsgər Əhmədoğlu İctimai Televiziyanın yaranmasının ildönümü ilə əlaqədar bu televiziyanın fəaliyyətini təhlil edib.

Aktor.Az onun fikirlərini olduğu kimi təqdim edir:

“Bu gün İTV-nin fəaliyyətə başladığının 14-cü ili tamam olur. 14 il öncə bu teleradio yaradılanda həm cəmiyyətdən, həm beynəlxalq qurumlardan böyük gözlənti vardı ki, ölkədə əsl ictimai yayım formalaşacaq. İctimai yayımın fəlsəfəsi hökumətin yox, cəmiyyətin yayımı olmasında idi…

Başlanğıcda müəyyən cəhdlər oldu və hətta bu istiqamətdə özünü sübut etmə addımları da müşahidə olundu. Sonradan bütün ümidlər öldü. Xüsusilə Cəmil Quliyevin sələfi İsmyıl Ömərovun İctimai Yayımın Direktorluğu kürsüsünə oturması ilə İTV hətta ən çox tənqid edilən AZ TV-nin də gerisinə düşdü. Cəmil Quliyev öz yerini Balakişi Qasımova tərk etməsi görüntünü dəyişmədi. Bütün ümidlər ölüb. Ölkədə İctimai yayım mövcud deyil. Eyni adda yayım mövcud olsa da ictimai yayım mahiyyətində teleradio yoxdur.

Bəs bu dövrdə bizim itirdiyimiz sadəcə ümidlərimizmi olub? Təəssüf ki, itkilər həm də maddi olub. İctimai Yayımın yaradılmasından bu günədək dövlət büdcəsindən tam 204,5 milyon ABŞ dolları (yəni bu günün kursu ilə 347 milyon 813 min manat) vəsait əridilib.

Bəli, bu 347,8 milyon manat cəmiyyətin büdcəsindən məqsədinə uyğun xərclənməmiş vəsaitdir. Çünki, bu yayım hökumətə yox, cəmiyyətin bütün təbəqələrinə xidmət etməli idi.

Bu 347,8 milyon manatın 136,7 milyon manatı İsmayıl Ömərovun 8 illik dönəmində, 164,8 milyon manatı Cəmil Quliyevin 5 illik dönəmində, 24,65 milyon manatı isə Balakişin Qasımovun dönəmində xərclənib”.

 

Ələsgər Əhmədoğlu

Bir cavab yazın