İdmanManşetXəbər xətti

Qurban Qurbanov 800 manat cərimələndi

AFFA İntizam Komitəsi “Qarabağ” klubunu 800 manat məbləğində cərimələyib.Aktor.Az xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytına məlumat yerləşdirilib. 

Cərimə Ağdam təmsilçisinin bəzi rəsmilərinin I turda “Keşlə” ilə matçda “A” buraxılışından istifadə etməməsidir.

Komitə həmin qarşılaşmanın 74-cü dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandandan qovulan “Keşlə”nin oyunçusu Emin Mehtiyevə 1 oyunluq cəza verib, klub isə 200 manat məbləğində cərimələnib.

Qeyd edək ki, “Qarabağ”ın 1:0 hesablı qələbəsi ilə başa çatan görüşdə baş məşqçi Qurban Qurbanovla yanaşı, klubun digər üzvləri A buraxılış vəsiqəsindən istifadə etməyib.

Bir cavab yazın