Azərbaycanlı deputat Saakaşvili ilə görüşüb – FOTO
“ Vahid Milli Hərəkat” Partiyasının deputatı Azər Süleymanov Gürcüstanın eks prezidenti Mixeil Saakaşvili ilə görüşüb.Azər Süleymanov eksklüziv olaraq görüşün təfərruatları barəsində 24News.ge xəbər portalına danışıb.
Millət vəkili bildirib ki, onlar görüşdə Gürcüstanda gedən siyasi məsələləri ,həmçinin regionda baş verən hadisləri müzakirə ediblər.
Millət vəkili bildirib ki, Mixeil Saakaşvili artıq Ukrayna vətəndaşıdır, amma hər bir zaman ürəyi Gürcüstan ilə döyünür və o, Gürcüstanın inkişafı üçün əlindən gələni etməyə hazırdır. Eyni zamanda Saakaşvili deyib ki, tezliklə Gürcüstana qayıtmaq niyyətindədir.
Saakaşvili həmçinin Gürcüstanda yaşayan azərbaycanlılar barəsində də fikirlərini səsləndirib.
O bildirib ki, Gürcüstanda yaşayan Azərbaycanlılar sevimli xalqdır və onlara çox böyük hörməti var. Saakaşvili deyib ki, Gürcüstanda yaşayan Azərbaycanlılar məhz onun dövründə tamhüquqlu vətəndaş oldular və onun ən böyük arzusu idi ki, Gürcüstanda yaşayan azərbaycanlılar ölkəyə inteqrasiya olunsunlar.
Azər Süleymanov Mixeil Saakaşvili ilə David Qareci (Keşikçi Dağ) məbəd kompleksi barədə də danışıb. Millət vəkili bildirib ki, Saakaşvili sözügedən məsələdə Prezident Salome Zurabişvilinin Azərbaycanla bağlı verdiyi bəyanatlara görə qınayıb. Saakaşvili qeyd edib ki, həmin bəyanat Gürcüstanın yox, üçüncü ölkələrin marağına xidmət edib. Eks prezident bildirib ki, Salome Zurabişvili o bəyanatla kimlərinsə sifarişini yerinə yetirib.Bu cür yanaşmalar iki dövlət arasında ziddiyyətdən başqa heç nə gətirməyir.