Bakı merinin keçmiş müavini vəfat etdi
Bakı şəhər icra hakimiyyəti başçısının keçmiş müavini Muxtarlı Xalid Xancan oğlu vəfat edib.O, bu gün uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
X.Muxtarlı bir müddət Səbail rayon icra hakimiyyəti başçısının I müavini vəzifəsində də çalışıb.
Qeyd edək ki, o, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentində Laboratoriya müdiri vəzifəsində də çalışıb.
Allah rəhmət eləsin!