“Sərdar Cəlaloğlu bunu sübut etməsə, namussuzdur, nakişidir” – Deputat
“Sərdar Cəlaloğlu iddia edir ki, Fazil Mustafanın FETO-çu olduğunu sübut edəcəyəm. Bu cür iddiada olanlara indi və bundan sonra da qısa və açıq mesajımı göndərirəm: öz adıma deyirəm, FETO-çu olan namussuzdur, nakişidir”.
Aktor.Az xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa feysbuk hesabında yazıb.
O bildirib ki, dəfələrlə bu böhtanı səsləndirən Sərdar Cəlaloğlu da bunu sübut etməsə, namussuzdur, nakişidir: “Deyir ki, bu barədə bir dəfə yazmaq istədim MTN-ə, dostlar qoymadı. Ay-hay. Sən satdığın adamlar haqqında məlumatları yazanda, dostları eşidəydin bari…
İndi isə fürsətdir, bütün qurumlara yaz, araşdır, incələ. Bir dəfə bu adama söyləmişdim, sən gündə bir dəfə üzünü yuyursan, mənsə azı beş dəfə ayağımı. Ayağım belə sənin üzündən çox-çox təmizdir. Azərbaycan dövləti də, milləti də gözəl bilir ki, bizim bu dövlətdən, bu millətdən başqa qibləgahımız yox!”.