İqtisadiyyatManşetSiyasətXəbər xətti

Fermerlər subsidiyaları ala bilmirlər – ƏKİN AZALDI

Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi barədə kənd Təsərrüfatı Nazirliyində Respublika Komissiyası Sentyabr ayında qərar versə də Kürdəmirli fermerlər bugünədək yardımları ala bilməyiblər.

 

Rayondakı fermerlər “Marja“ya bildiriblər ki, 2016-cı ilin payızında əkdikləri buğda və arpaya görə yardım hələ də verilməyib. Halbuki, bu il əkin artıq aparılıb:

 

“Bugünədək kartlarımıza vəsait köçürülməyib. Torpağını yeni əkənlərə də kart verilməyib. İlk öncə Oktyabrın 15-i, sonra ayın sonu, axırıncı dəfə də Noyabrın əvvəli veriləcəyi bildirildi. Biz yardımı hələ də almamışıq”.

 

Bu il daha çox əkin aparacaqlarına ümid edən fermerlər, yardım verilmədiyinə görə bunu bacara bilməyiblər. Öz vəsaitləri hesabına daha az sahədə taxıl əkiblər.