Xəbər xətti

İntihara cəhd: FHN-dən açıqlama

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Bakı şəhərinin Nizami rayonunda 2 nəfərin avtomobil yolunun üzərində quraşdırılmış dəmir konstruksiyanın üzərinə çıxaraq intihara cəhd etməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Hazırda xilasedicilər tərəfindən intihara cəhdin qarşısının alınması üçün zəruri tədbirlər davam etdirilir.

Bir cavab yazın