Xəbər xətti

Bakıda məşhur bina yanır

Bakının Nərimanov rayonunda “AFEN PLAZA” biznes mərkəzində güclü yanğın baş verib.
Aktor.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, binanın 6-cı mərtəbəsində başlayan yanğın bütün mərtəbələri bürüyüb.
Hazırda hadisə yerinə Fövəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.
Yanğının söndürülməsi istiqamətində işlər aparılır.