GündəmManşetSiyasətXəbər xətti

“Əli Həsənov bizə yalvarırdı” – YENİ İTTİHAMLAR (FOTOLAR)

Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin törətdiyi avtoqəza zamanı şikəst olan Türkiyə vətəndaşı Mutallib Tekiş və həyat yoldaşı Songul Tekiş haqqında “Haber Turk”  kanalında yayımlanan reportaj böyük rezonansa səbəb olub.

Xatırladaq ki, Tekiş ailəsi Əli Həsənovun yaxınlarının nəvəsindən şikayətçi olmayacağı təqdirdə bu ailəyə maddi və mənəvi dəstək olacaqlarına söz verib. Ancaq sonradan bu vədinə əməl etməyiblər.

Gununsesi.org-a açıqlamasında isə Əli Həsənovun həyat yoldaşı Tekiş ailəsini təkizb edib. O, bildirib ki, həmin ailəyə maddi yardım edilib.

Bundan başqa vəkil Muxtar Mustafayev də saytımıza göndərdiyi məktubunda Tekiş ailəsinin şantaja al atdığını deyib.

Bu arada isə Türkiyədə yaşayan Mutallib Tekiş Gununsesi.org-a müraciət edib.

O, müraciətində Əli Həsənovun xanımının və vəkil Muxtar Mustafayevin dediklərinə cavab verib.

 

Mutallib Tekiş bildirib ki, vəkilin açıqlaması onları məyus edib:

“Biz kimisə şantaj etmərik. Bu günahdır. Bunu necə dillərinə alıb danışırlar.  Bu qədər bəsit insanlar deyilik. Mənim özüm və həyat yoldaşım reanimasiyada can verəndə gəlib yalvardılar ki, bu sənədi imzalamasanız gec olacaq. Əli Həsənov bizə özü yalvarırdı. İndi nə oldu, niyə belə edirlər? Biz Azərbaycanı, onun insanlarını sevirik. Ona görə də onları bağışladıq. Əvəzində nə baş verdi. Cəmi 3-4 bizim müalicəmizə kömək etdilər. Bu gün də yoldaşım müalicə altındadır. Hansı pullarla edilir bunlar, xəbərləri varmı? Yoxdursa, mən 2018-2019 -cu illər üçün xərclədiyim pulların fakturalarını onlara göndərim. Yoldaşımın durumu daha ağırdır deyə onun müalicəsini etdiriəm. Özümün də əməliyyata ehtiyacım olduğundan bunu edə bilməmişəm”.

“Bu gün hər tərəfə borclanmış durumdayam” deyən Mutallib Tekişin sözlərinə görə, müalicələri hələ bir neçə il davam etməlidir:

“Düşdüyüm duruma görə, Afrikada gömrükdə mallarım batdı. İcarə haqları ilə birlikdə 1 milyondan artıq zərərdəyəm. Bütün bunları başımıza kim gətirdi? Əli Həsənovun ailəsinin niyə belə vicdansız danışması mənə pis təsir edir. Yoldaşım 80 faiz əlildir”.

Mutallib Tekiş onu da bildirib ki, sonuna qədər  mübarizəsini aparacaq.

Bir cavab yazın