Aktor TvKriminalŞou-biznesVideo xəbərXəbər xətti

Bakıda toyda müğənni bıçaqlandı – VİDEO

Paytaxtda toy məclisində dava zamanı müğənni bıçaqlanıb.
“Xəzər xəbər” xəbər verir ki, hadisə gecə saatlarında Binəqədi rayonunun Xocasən qəsəbəsində qeydə alınıb. Məlumata görə, 25 yaşlı Cəfərov Vüsal Vüqar oğlu ”Murad” şadlıq evində müğənnilik fəaliyyəti ilə məşğul olan zaman bıçaqlanıb.
Hadisə onunla tanışları arasında düşən mübahisə zəminində qeydə alınıb. Yaralı 1 saylı kliniki tibbi mərkəzə yerləşdirilib.
Müğənni ilkin dindirilmə zamanı yolu keçərkən maşın vurması nəticəsində xəsarət aldığını bildirsə də, araşdırma zamanı məlum olub ki, o, tanışları tərəfindən bud nahiyəsindən bıçaqlanıb.
əsarət aldığını bildirsə də, araşdırma zamanı məlum olub ki, o, tanışları tərəfindən bud nahiyəsindən bıçaqlanıb.